Sevil-Sevinc bacıları rekordu təzələmək istəyirlər - iddia

Müğənni-aparıcı Sevil-Sevinc Səfərova bacıları MUZ TV Azərbaycana kanalına iddialı açıqlama veriblər.
Muztv.az xəbər verir ki, əkizlər rol aldıqları “Qızqaçırtma” filminin sevilməsindən danışıblar:
“Biz özümüz bu barədə danışanda tamaşaçı fikirləşir ki, özümüz öz işimizi tərifləyirik. Bu film bizə çox uğur gətirdi. Bir işdən sonrakı sən artıq başqa filmlərə baş rol üçün təklif alırsan, demək ki, uğurlu nəticə əldə etmisən“.
Sevil-Sevinci sevənlər tezliklə onları aktrisa kimi başqa filmlərdə də görə biləcəklər:
“Başqa filmlərə də təkliflər almışıq. Mart ayından çəkilişlərimiz də başlayır. Öncədən deməyəcəyik ki, ildə neçə dəfə və hansı filmlərdə görüşəcəyik. “Qızqaçırtma” çox baxılır, ümid edirik ki, rekordu təzələyəcəyik”.
Sevimli əkizlər çəkilərinin istədikləri formada olduğunu və bununla bağlı heç bir komplekslərinin olmadığını etiraf ediblər:
“Şükürlər olsun ki, çəkimiz istədiyimiz formaya gəldi. Bundan sonra filmlərə çəkilsək, yenə də artacaq. Çünki bütün günü dönər yeyirəm. Çəki problem deyil, mənə 10 gün vaxt verin, istənilən formaya düşə bilirəm”.
Xatırladaq ki, Sevil-Sevinc bu yaxınlarda “Yalanım yox” adlı kliplərini təqdim etmişdilər.
Bununla bağlı süjetə yanvarın 31-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Lamiyə Balacayeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
