Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Niyamdan iddialı açıqlama: “Səmimiyyəti pulda görən qız gedib Rüfəti seçəcək”

12-01-2018


Müğənni Niyam Salami ifaçılıqdan əlavə, bu dəfə heykəltəraşlıq qabiliyyətini göstərib. 

Muztv.az xəbər verir ki, özünəməxsus səsi ilə bir çoxlarının rəğbətini qazanan Salami soyuq havada emalatxanada çalışaraq aşiq olduğu xanımın gildən heykəlini hazırlayıb.

Bu dəfə MUZ TV Azərbaycan kanalının kamerası qarşısına heykəltəraş qismində çıxan Niyam yeni peşə bacarığını canlı-canlı nümayiş etdirib. Müğənninin bu peşə ilə məşğul olmasının əsas səbəbi var.

Niyam eyni zamanda həmkarı Rüfət Axundovla olan “Birimizi seç” adlı dueti üçün klip çəkilişini də kamera önündə reallaşdırıb. Mahnının rok janrında olduğunu deyən Salami bəstənin sözlərinin müğənni Samir Piriyevin həyat yoldaşı Anaraya, aranjimanı isə Fərid Ağaya məxsus olduğunu deyib.

Çəkiliş meydanına müğənninin sənət dostu  Səidə Sultan da təşrif buyurub. Rejissor Nail Naiboğlunun ekranlaşdırdığı klipdə Renka ləqəbli rəqqasə Rəna Ağamuradova da rol alacaq.

Bəs görəsən, “Birimizi seç” adlı klipdə rol alan rəqqasə Renka Rüfəti, yoxsa Niyami seçir?

Niyam Salami isə bunu belə izah edir: “Kim yaraşıqlıdı onu seçəcək. Rüfət klipdə varli bir adamı canlandıracaq. Ola bilər ki, onu seçsin. Mən yazıq da palçıqla oynayıram. Palçığı, səmimiyyəti, sevgini görən qız məni seçəcək, ancaq səmimiyyəti pulda görən qız gedib Rüfəti seçəcək”.

Bizə isə hər iki bəy sənətçimizə uğur diləmək düşər. Niyamın ağızdolusu danışdığı “Bizimizi seç” klipini ilk izləmək istəyən növbəti süjetimizi qaçırmasın.

Bununla bağlı süjetə yanvarın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova

 
 

1050 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti