Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Xalqımız savadlı musiqini sevmir”- Zaur Əmiraslanov heyfsləndi

13-01-2018


Əməkdar Artist Zaur Əmiraslanov MUZ TV Azərbaycan kanalına sənəti və özündə görmək istədiyi bacarığı ilə bağlı açıqlama verib.

Muztv.az xəbər verir ki, Zaur ona həzin musiqilərin daha çox uğur gətirdiyini etiraf edib:

“Doğum günün” adlı mahnını hazırladım. Süjet belədir ki, sevgilimsiz doğum günümü qeyd edirəm. Başa düşdüm ki, mən lirika, həzin mahnılar oxusam daha yaxşı alınır. Əvvəllər vokal mahnılara daha çox üstünlük verirdim amma gördüm ki, xalqımız ağır vokalı sevmir. Yumşaq oxu tərzini bəyənirlər və mən də bu yolla gedəcəm”.

İfaçı bu qeyri-adi bacarığa sahib olmaq istədiyini də dilə gətirib:

“Hərdən istəyirəm ki, hansısa bir qeyri-adı məkanda olum amma kimsə məni görməsin. Öncəgörücülüyü istərdim, təhlükəli olduğunu da bilirəm. Allah günahımdan keçsin. Elə o səbəbdən də olmasa yaxşıdır (gülür).”

Zaur sənətində təəssüf hissi keçirdiyi məqama da toxunub:

“İmkanım olsaydı savadlı vokal musiqisindən az istifadə edərdim. Çox heyfslənirəm ki, insanlar savadlı musiqini sevmirlər”.

Xatırladaq ki, Zaur Əmiraslanovun bir qızı var.

Bununla bağlı süjetə yanvarın 13-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva

1328 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti