EKSKLÜZİV
Manana mahnılarını təriflədi - özəl məlumat
10-01-2018

Əməkdar Artist Manana Caparidze yeni işləri barədə MUZ TV Azərbaycan kanalına özəl məlumatlar verib.
Muztv.az xəbər verir ki, ifaçı yeni mahnılar üzərində çalışdığını dilə gətirib:
“Yeni mahnılar artıq yazmışıq. Ancaq vaxt olmadığı üçün hazırda klip çəkmək alınmır. “Sevgimizin dənizində”, “Sadəcə sev” mahnılarım var, artıq radioda yayımlanır. Gözəl mahnılarım çoxdur. Onların da zamanı gələcək, hazırda studiyada işlər gedir”.
Bununla bağlı süjetə yanvarın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Günel Əliyeva
1247 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
1 İyun