Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Səidə Sultan küsülü olduğu şəxslərlə üzbəüz gəlmək istəmir: “Arada ifritəliyim tutur”

09-01-2018


Ötən il Əməkdar Artist Murad Dadaşovun rəhbərliyi ilə yayımlanan “Maşın şou”da iştirakçıları - müğənni Səidə Sultan və aktrisa Pərvin Abıyeva arasında qalmaqal yaşandıqdan sonra tərəflər arasında küsülülük yaranmışdı. Lakin xanımlar arasında çox keçmədən barışığa imza atılmışdı.

Amma hər şey tamaşaçı qarşısında göründüyü kimi olmamışdı. Səidə və Pərvin arasındakı "soyuq külək" əsməyə davam edirdi. Bu, “Maşın şou”nun final gecəsində müğənni və aktrisa arasındakı şəxsi münasibətlərdə biruzə vermişdi.

Müğənni Səidə Sultan MUZ TV Azərbaycan kanalına mövzu ilə bağlı açıqlamasında vəfalı İt ilində böyüklük nümayiş etdirərək aradakı buzları əridib -əritməmək istəyini açıqlayıb.

Səhnəmizin şıltaq müğənnisi incik düşdüyü şəxslərlə üz-üzə gəlməməyə çalışdığını deyib:

“Məndə kin yoxdur, küsülü qala bilmərəm. Sadəcə münasibətimi qıra bilərəm. Allaha dua edirəm ki, ay Allah, nə olar, məni onunla rastlaşdırma. Elə də alınır ki, biz rastlaşmırıq.  Amma arada ifritəliyim tutur”.

Bununla bağlı süjetə yanvarın 9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Sevda Məmmədova

889 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti