Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Roza Zərgərli konsert proqramlarını elan etdi - eksklüziv

08-01-2018


Müğənni Roza Zərgərli MUZ TV Azərbaycan kanalına yeni işləri barədə açıqlama verib.

Muztv.az xəbər verir ki, ifaçı ötən ildəki fəaliyyətindən və bəhrəsindən razı qaldığını dilə gətirib:

“İki klip, beş yeni mahnım işıq üzü gördü. Ölkə hüdudlarından kənarda konsertlərə star verdik. İlk olaraq Qazaxıstanda anşlaqla keçən konsertə imza atdıq. Bizi dinləməyə yalnız azərbaycanlılar gəlməmişdi, bu, sevindirici haldır”.

Müğənni daha dörd şəhərdə də konsert proqramı ilə çıxış edəcəyini deyib.

Roza Zərgərli fevralda iki klipini təqdim edəcəyini və bu il konsert proqramı ilə də çıxış etməyi planlaşdırdığını söyləyib:

“Mehman Tağıyev ilə ifa etdiyim “Leyli və Məcnun” mahnısına klip çəkiləcək. Xanım İsmayılqızının yazdığı sevgidən bəhs edən bir mahnı var, adı sirr qalsın. Onu da klip ilə birgə izləyicilərin ixtiyarına verəcəyəm. Bu il inşallah mart ilə may ayları arasında solo konsert verməyi planlaşdırıram”.

Bununla bağlı süjetə yanvarın 8-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

958 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti