“İkinci Pərdə”nin xəyanətkar qadını Günaydan açıqlama: "Tənqidlərdən qorxurdum” – foto

Ən son “İkinci Pərdə” filmində rol alan aktrisa Günay Əhməd MUZ TV Azərbaycan kanalına yeni imici və sənəti ilə bağlı maraqlı açıqlama verib.
Muztv.az xəbər verir ki, aktrisa saç rənginin dəyişməsinin səbəbindən danışıb:
“Bir dostum film çəkmək istəyirdi. Xərçəng xəstələrinə dəstək kimi sosial rolik çəkməyi planlaşdırırdı. Mənə də o rolikdə çəkilməyi təklif etdi, ona ilk cavabım “yox” oldu. Bir az riskli idi. Sonradan razılaşmalı oldum. Saçım yay aylarında tam keçəl olub. Uzandıqca artıq bu vəziyyəti aldı” .
Cəmiyyətə bir mesaj olan “İkinci Pərdə” filminin cəsarətli qadını filmdən də söz açıb:
“Bu təvazökarlıq deyil. Düşünürəm, o filmdə bacardığımın və istədiyimin 30%-ni reallaşdıra bildim. Mən filmdən sonra cəmiyyətdən gələn tənqidləri düşünürdüm. Bu da obrazıma bir qədər mane olurdu. Amma heç də hər hansı tənqidlə rastlaşmadım. Hər kəsdən çox normal münasibət gördüm. Rolum sivil qarşılandı və sevildi”.
Qarşıda olan yeniliklərindən danışan Günay bir müddət serial təkliflərini dəyərləndirməyəcini deyib:
“Sənətimdə bir qədər durğunluq yaşayıram. Bunu özüm istəyirəm. Hələ ki, dincəlirəm. Seriallara təklif almışam amma cavab vermirəm. Bir il “Cehizsiz Gəlinlər” serialında çəkildim, hələ də o yorğunluq canımdan çıxmayıb. Əslində, özümü seriallarda görmək istəmirəm, inşallah yeni bir film olarsa, dəyərləndirərəm, qismət olsa, çəkilərik”.
Xatırladaq ki, Günay Əhməd “İkinci Pərdə”də ərinə onun yaxın dostu ilə xəyanət edən qadın rolunu oyayır.
Bununla bağlı süjetə dekabrın 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Lamiyə Balacayeva








Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
