Fərda Xudaverdiyev "Selfinaz" səhifəsini niyə bağlayıb? - özəl açıqlama

Aktyor Fərda Xudaverdiyev MUZ TV Azərbaycan kanalına yaradıcılıq yenilikləri barədə danışıb.
Muztv.az xəbər verir ki, aktyor “Yanlış anlama” filminin Türkiyədə və ölkəmizdə də kifayət qədər izləyici toplaya bildiyini açıqlayıb:
“Bu bizim ilk addımımız idi. Türkiyədə 150 mindən, burada isə 80 mindən çox izləyici filmə baxıb. Artıq Türkiyədə məni tanıyıb, şəkil çəkdirmək istəyirlərsə, demək nəsə əldə etmişik. Bizimkilər deyir ucuz qiymətə çəkilmisiniz, gedin görün sizi çəkəcəklər”.
Fərda “Yanlış anlama 2” filminin çəkilişlərində iştirak etdiyinə görə Türkiyədən gələn film və serial təkliflərini qəbul etmədiyini söyləyib. O, ekran əsərinin ikinci hissəsinin çəkilişlərinin gələn ilin yazında reallaşacağını deyib:
“Burada hava şəraiti çəkilişə mane olur. Ona görə çəkilişlərə gələn ilin martında Kiprdə start veriləcək”.
Yumorist “Selfinaz” adlı stand up şou ilə artıq çıxış etməyəcəyini vurğulayıb:
“O dəftəri bağlamışam. Stand up hazırdı, sadəcə, məşqlər uzun vaxt aparır. Yeni ilə çatdıra bilmədim, inşallah, gələn il təqdim edəcəyəm”.
Bununla bağlı süjetə dekabrın 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Günel Əliyeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
