Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Pul arxasınca qaçmayan Samir Cavadzadə: “Sənəti seçsən pulsuz qalacaqsan”

05-01-2018


Müğənni Samir Cavadzadə MUZ TV Azərbaycan kanalına sənət fəaliyyətindəki yeniliklər barədə xüsusi açıqlama verib.

Muztv.az xəbər verir ki, 2017-ci ildə bir neçə yeni ifasını izləyicilərin ixtiyarına verdiyini deyən ifaçı “Şəhər darıxır bizsiz” adlı mahnısını “Youtube” internet portalında yayımladığını və radiolara da təqdim etdiyini söyləyib:

“Mahnının “Youtube” ilə radio versiyası müxtəlifdir. 2017-ci ildə bir neçə yeni ifamı təqdim etdim. Yaza yaxın daha bir yeni mahnımı izləyicilərin ixtiyarına verəcəyəm. Bu mahnını ifa edəndə insanları 1980-ci illərə aparmaq istədim. Ötən gün şərhləri oxuyanda özümü çox xoşbəxt hiss etdim. İnsanlar yazırdılar ki, Akif İslamzadə stili var. Mübariz Tağıyev, Rauf Babayev arajimanına oxşatdılar. Bu mənə böyük şərəf idi, azacıqda olsa istədiyimi etdim. Mahanımın əvvəli biraz “Sarı gəlin”ə bənzəyir. Bilərək bunu etmişəm, çünki bu bizimdir”.

Samir Cavadzadə hazırda musiqisi Rüstəm Zeynalova, sözləri isə İsmayıl Dadaşa məxsus yeni mahnı üzərində çalışdığını bildirib:

“Şəhərimiz” adlanan yeni mahnımın aranjiman işləri gedir. Pop ilə milli musiqimizin sintezi olacaq. Yəqin ki, fevralda izləyicilərin ixtiyarına verəcəyəm. Günəş çıxsın ki, klip də çəkə bilək. Ondan sonrada daha bir yeni ifamı “Mayamiyə biletim var”ı təqdim edəcəyəm”.

İfaçı yaxın zamanda həmkarı Nigar Camal ilə birgə duet də ifa edəcəyini söyləyib, dostlarının, həmkarlarının onu tənbəl adlandırması ilə razılaşmadığını dilə gətirib:

“Dostlarım efirdə tənbəl olduğumu deyirlər. Mən işimdə tərsəm. Hər ay yeni mahnı çıxardım, məni görsünlər belə şeylər mənim içimdə yoxdur. İstəyir üç il sonra olsun, gözəl mahnı olacaqsa, illərlə yaddaşlarda qalacaqsa, mən onun üzərində işləyəcəm”.

müğənni toy məclislərində iştirak etdiyini, ancaq öz repertuarından ifalar səsləndirdiyini deyib:

“Dörd saat toylarda mahnı ifa etmirəm 30-45 dəqiqə iştirak edirəm. Estrada səsləndirirəm, onsuzda toy başdan ayağa xalq mahnılarından ibarət olur. Yarım saatda cavanlar rəqs edir, əylənirlər”.

İfaçı heç zaman pul arxasınca qaçmadığını vurğulayıb:

“Mən heç vaxt pul arxasınca qaçmamışam. Pul mənim üçün hər zaman 3-cü, 4-cü dərəcədə olub. Bu sənətdə iki seçim var. Ya sənəti qırağa qoyub, pul qazanacaqsan, ya da sənəti seçib pulsuz qalacaqsan”.

Müğənni 2017-ci ildə həmkarları arasında ən çox kimin klipini bəyənməsindən də söhbət açıb:

“Əməkdar Artist Röya Ayxan ilə türkiyəli müğənni Soner Sarıkabadayının “O konu”, Xalq Artisti Aygün Kazımovanın “Sus” klipi ilə damğa vurdu. Çox müzakirə olundu, maraqlı işlər oldu”.

Bununla bağlı süjetə yanvarın 5-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Əhəd Miriyev

926 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti