Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Müğənni Emil Bədəlov solo konsertə qazanc kimi baxmır - eksklüziv

30-12-2017


Müğənni Emil Bədəlov MUZ TV Azərbaycan kanalına sevənlərinə təqdim edəcəyi yeni ifalarının müjdəsini verib.

Muztv.az xəbər verir ki, ifaçı yeni duetlərini təqdim edəcək. 

“Yaxın zamanlarda yeni duetlərim, mahnılarım gözlənilir. Mahnımın biri Hacı Nazimdən olacaq. Bəstəsi Hacı Nazimə, sözləri meyxana ustadı Cəlilə, aranjımanı isə Fərid İmana məxsusdur. Bundan əlavə, Röya xanımla da yeni bir duetimiz işıq üzü görəcək. Mahnının musiqisi ilə sözləri Aydın Saniyə aiddir. Yenə bir mahnımız var ki, sevgi ilə bağlıdır. Bu da Hacı Nazimin bəstəsidir”.

Sənətçi hit musiqilərin azalmasına münasibətini belə ifadə edib: 

“Son zamanlar nəinki məndə, elə bütün sənətçilərdə hit ifalar azalıb. Hit ifalar sanki gündəmi bir o qədər də tutmur. Əslində, çox istedadlı ifaçılar var. Rəqabət də var. Günbəgün yeni mahnılar da yazılır, ifa olunur. Son zamanlar mən “Həyat yoldaşım” adlı mahnını ifa etdim.  Bu mahnıya klip Cəlal Kəngərli tərəfindən çəkilib. Musiqisi Xan-a, aranjımanı isə İlkin Valehoğluna məxsusdur. Bu mahnı da çox sevildi”.

Müğənni konsert planlarından danışaraq məqsədinin qazanc olmadığını dilə gətirib:

“Solo konsert bizim planımızda çoxdan var idi. Təkbaşıma, öz gücümlə edə biləcəyim bir layihə deyil. Konsert vermək üçün kifayət qədər pul lazımdır. Biz sponsorlarla danışdıq. Sadəcə olaraq, maliyyə böhranı səbəbindən konsert layihəmiz qaldı və hələ də qalıb. Əslində, mən bu konserti nə qazanc, nə də uğur üçün etmirəm. Bir arxiv kimi qalsın deyə həyata keçirmək istəyirəm”.

Albomun əvvəlki illərə nisbətən o qədər də önəm daşımadığını qeyd edən sənətçi bu barədə fikrini belə izah edib:

“İlk albomum 2010-cı ildə “Bakı gecələri”adlı 17 mahnıdan ibarət albom olub. İndi internet inkişaf etdiyi üçün albomların satışı dayandırıldı. Çünki istənilən mahnını internetlə dinləmək asandır. Deyərdim ki, albom bazarında durğunluq yaşanmır, açıq danışaq, albom yoxdur. Məncə müğənninin indi alboma ehtiyacı yoxdur”.

Sənətlə yanaşı, bizneslə də məşğul olan ifaçı bu yolla qazanc əldə etdiyini gizlətməyib:

“Mən sırf sənətimlə qazanıram. Ailəmi, övladlarımı bu sənətdən əldə etdiyim gəlirlə saxlayıram. Boş zamanlarımda biznesimlə məşğul oluram”.

Xatırladaq ki, Emil Bədəlov Xalq Artisti, tarzən Firuz Əliyevin qızı ilə ailəlidir, iki qızı var. 

Bununla bağlı süjetə dekabrın 29-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz. 

Zülfiyyə Rəsulova

933 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti