Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Dostlarından paxıllıq görən müğənni Vaqif Şıxəliyev keçmişi xatırlatdı - özəl 

04-01-2018


Müğənni Vaqif Şıxəliyev MUZ TV Azərbaycan kanalına sənəti və illər öncə iştirak etdiyi müsabiqə barəsində maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, sənətçi tezliklə “Anam qocalır” adlı mahnısına klip çəkdirməyi planlaşdırır.

“Həmişə özümə yazılan mahnılar ifa etmişəm. Ara-sıra efirlərdə onları ifa edirəm amma onların içində ən çox sevdiyim bir mahnı, mövzu var. Mahnı “Anam qocalır” adlanır. Bu gözəl ifanın musiqisi Sevinc Mansurovaya, sözləri isə Əminə Seyidovaya aiddir. İstəyirəm bu mahnıya klip çəkdirim. Klassik janrda olan mahnıdır. Bilirəm ki, tamaşaçılar o mahnını sevir, məhz buna görə də klip çəkdirməyi planlaşdırıram”.

Vaqif çəkdirdiyi kliplərinə təqdimat keçirməməsinin səbəbini açıqlayıb:

“Əvvəllər klip çəkdirəndə mən də medianı başıma toplayıb təqdimat mərasimi keçirirdim. Düşünürəm ki, bunu sadəcə media görsün, yayımlansın deyə edirlər. Ən yaxşısı odur ki, klip çəkdirəndən sonra onu bəlkə də 60 dəfə telekanallarda yayımlayasan. O qədər yayımlansa, görməyən insan da xəbərdar olacaq”.

Ötən illərə səyahət edən müğənni iştirak etdiyi “Azəri Star” müsabiqəsinin adı ilə tanınmaq istəməməsini də dilə gətirib:

“Bunu etiraf etməliyəm ki, “Azəri star” müsabiqəsi yaradıcılığımda böyük bir təkan verib. Müsabiqə yayımlandığı 3 ay ərzində heç olmasa məni 60% kütləyə tanıtdı. Bu, çox böyük bir rəqəmdir. Ondan sonra efirlərdə çox olmuşam, çoxsaylı kliplərim də var. Hər dəfə bu adla ona görə təqdim olunmağımı istəmirəm ki, o illərdən 12 il ötüb. Yaşa doluram, öz adımı xalqa Vaqif Şıxəliyev kimi tanıtmaq istəyirəm. Bunun da səbəbi var. Mən iştirak etdiyim müsabiqənin qalibi olmuşam. Görmüşəm ki, yarışmada 12-ci yerə çıxan adam özünü qalib kimi təqdim edir. Bu, artıq məni qıcıqlandırır. Əsl qalib axı mən olmuşam. O insan heç efirlərdə də yoxdur. Məhz bu səbəbdən “Azəri Star” adını üstümdən götürmək istəyirəm. Kimsə bunu keçmişimi danmaq kimi anlamasın, o qələbə mənim tariximdir. O diplom da evdədir. Hər dəfə ona baxanda kövrəlirəm. Həm hesab edirəm ki, bir müsabiqəni 1 ya 2 dəfə edəndə keyfiyyətli alınır. İlklər isə gözəldir, unudulmur”.

Bundan əlavə, Vaqif qalib olduğu an dostlarından özünə qarşı paxıllıq gördüyünü etiraf edib:

“Mən qalib olanda qarşıda dayanmışdım. Bir anlıq arxaya dönüb baxdım, heç biri məni təbrik etmədi. Deməli, bu böyük paxıllıqdır. Məni yetərincə xalq tanıyır, sevir. Bu rəqabət, qısqanclıq bəlkə də normaldır. Hərə özünü qalib görürdü... ”

Xatırladaq ki, Vaqif Şıxəliyev 2005-ci ildə yayımlanan “Azəri Star” müsabiqəsinin qalibi, eləcə də “Bakı payızı”nın da iştirakçısı olub.

Bununla bağlı süjetə yanvarın 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

1611 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti