“Duet ifaçılığına damğa vurmuşuq” - Aşıq Əli Tadıqoğlu və Samirə yenə qoşalaşdılar- özəl

Özünəməxsus ifa tərzləri ilə tanınan Aşıq Samirə Əliyeva və həmkarı aşıq Əli Tapdıqoğlu MUZ TV Azərbaycan kanalına özəl açıqlama veriblər.
Muztv.az xəbər verir ki, son zamanlar daha çox gündəmdə olan sənətçilər uzunmüddət davam edən dostluq münasibətindən danışıblar.
Aşıq Samirə bu münasibətlərdəki səmimiyyətə diqqqət ayırmağın vacib olduğunu vurğulayıb:
"Dostluq çox məsuliyyətli münasibətdir. Bu gün heç nədən sığorta yoxdur. İnanıram ki, dostluğumuz uzunmüddətli olacaq. Ola bilər ki, ara-sıra duet oxuyarıq, yaxud müəyyən müddət fasilə verə bilərik. O, bizim münasibətdən asılı deyil. Əsasən, birlikləri pozan maddiyat, ortaq qazanılan qazanc olur. Amma şükürlər olsun ki, bizim elə problemimiz yoxdur. Birgə qazanırıqsa, elə birgə də bölürük.”
Aşıq Əli yaradıcı adamların dostluq münasibətlərində hər gün yeniliklərin olmasının vacibdliyini qeyd edib:
“Elin bir deyimi var “çevir tatı, vur tatı”. Əgər biz də elə etsək, əlbəttə, yollarımız ayrılacaq. Bu, o demək deyil ki, münasibətə son qoyulacaq. Ailə münasibətimiz davam edəcək. Sadəcə, sənət yeniliklərlə bol olmalıdır.”
Aşıq Samirə hələ birgə çox yol qət edəcəklərinə inandıqlarını vurğulayaraq, duet ifaçılığı sahəsində xeyli uğurlar qazandıqlarını xüsusi vurğulayıb:
“Öz sözümü artıq demişəm desəm, düzgün olmaz. Aşıq Samirə kimi, sazımla, sözümlə tanına bilərəm. Amma aşıqlar içində duet ifaçısı kimi Əli ilə biz damğamızı vurmuşuq”.
Bununla bağlı süjetə yanvarın 5-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Zülfiyyə Rəsulova
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
