Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mən “cılız” görünə bilərəm, amma elə də zəif deyiləm” – aktyor kimə söz atdı?

06-01-2018


Aktyor İslam Mehrəliyev MUZ TV Azərbaycan kanalına bir sıra maraqlı və iddialı açıqlama verib.

Muztv.az xəbər verir ki, aktyor onu zəif görənlərə ismarış göndərib:

“Son iki il ərzində verdiyim ən çətin qərarı elə “Maşın” şouda yaşadım. Finalda Oksana, Elcan və mən qalanda istədim ki, əlimi çəkib gedim, sonra deyəcəklər ki, zəif oldu getdi. Ola bilər mən cılız görünürəm amma elə də zəif deyiləm. Güclü olduğumu hər kəsə sübut etdim”.

O, bu günə kimi yaşadığı heç nəyə görə peşman olmadığını deyib:

“Bu yaşıma kimi həyatımda heç nəyə heyfslənmirəm. Peşman da deyiləm. Baş veribsə, deməli olacaq imiş. Oturub onu  özümə dərd eləmirəm. Dəyişməyə də ixtiyarım da yoxdur ”.

İslamın bu açıqlaması yəqin ki, onun bir çox sənət dostlarının xoşuna gəlməyəcək. Aktyor sənət ailəmində olan dostluqları qeyri-səmimi adlandırıb:

“Mənim dostum yoxdur. Yəni məşhurlardan nəzərdə tuturam. Yaxın dostlarımı heç kim tanımır, onda tanınmış simalar deyillər. Sənət aləmində olan insanlar, sənət yoldaşlarımdır. Şou-biznesdəki dostluqları səmimi qəbul etmirəm. Belə pis çıxmasın, bu sənət murdar sənətdir. Bu sənətə görə insanlar biri-birilərinin torbasını da tikir, ayağını da qaza bilər. Onda görə nə dost görünür, nə də yoldaş. Bu sahədə, sənət üstündə ailə dağılır, nə dost? Siz nə danışırsınız? Ona görə də dostlarım tamamilə sənətimdən uzaqdırlar. Bu sənətdə kimsə məni özünə dost hesab edə bilər, amma bu sənətdə hələlik mənim dostum yoxdur”.
 
Xatırladaq ki, İslam Mehrəliyev bu yaxınlarda təqdim olunan “Kəklikotu” filmində rol almışdı.

Bununla bağlı süjetə yanvarın 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

944 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti