Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Dünən ayın neçəsi idi, heç yadımda deyil"- Nadir Qafarzadə MUZ TV Azərbaycan-a vaxt azlığından şikayətləndi

24-11-2017


Müğənni Nadir Qafarzadə yeni klip çəkilişləri üçün Şamaxıya gedib. Sənətçi ekran əsəri üçün qarlı havada “aristokrat” obrazı yaradıb. Kameraarxası yayılan görüntülərdə Qafarzadənin qırmızı libaslı xanımla klipə çəkilməsi maraq doğurub.

Muz TV Azərbaycan-a özəl açıqlamasında vaxtının az olmasından şikayətlənən Nadir Qafarzadə buna baxmayaraq, əziyyətinin bəhrəsini görəcəyini bildirib.

Klip üçün Şamaxıdakı Pirqulu Dövlət Təbiət Qoruğuna yollanan müğənni, ekran həyatı verdiyi mahnının adını gizli saxlayıb:

“Mənə desəniz ki, “dünən ayın neçəsi idi, heç yadımda deyil. Çünki, bu konsertdən qaç, o tədbirə, o, tədbirdən qaç, o rayona...Sabah da gedirəm Şamaxıya, klip çəkdirməyə”.

Xatırladaq ki, sənətçi tezliklə klipini pərəstişkarlarının ixtiyarına verəcəyini də söyləyib.
 
Bununla bağlı süjetə noyabrın 24-də MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 
 

900 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti