Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Faytonçu Nazim” MUZ TV Azərbaycan-a canlı danışdı - "Kasıb müğənni yoxdur"

16-11-2017


“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari MUZ TV Azərbaycan-a kanalına özəl və maraqlı açıqlamalar verib.

Muztv.az xəbər verir ki, sənətçi bir çox məsələlərdən, o cümlədən Azərbaycanda şou-biznesin olub-olmaması ilə bağlı məsələlərdən danışıb: 

“Bizdə şou-biznes var. Şou varsa qalmaqal da var. Baxın Türkiyə, Rusiya şou-biznesinə qalmaqallar orada da var, bizdə də var. Məşhurların əmlaklarını reklam etməyi, paparatsi hər yerdə var. Bizim nəyimiz onlardan əskikdi, yada onların nəyi bizdən artıqdır.”

İfaçı həmkarı Xəyyam Nisanovun bir müddət əvvəl “Azərbaycan şou-biznesində kasıb müğənni yoxdur” fikrinə belə münasibət bildirib:

“Bizim müğənni və musiqiçi həmkarlarımızın hər biri yaxşı qazanır. Maşını var, evi var, bəzilərini bir neçə evi var. Son dəbə uyğun olaraq evlərini təmir edirlər. Xəyyam ilə tam razıyam bizim şou-biznesdə kasıb müğənni yoxdur. Çünki xalq hər birimizi sevir, xoş günlərinə dəvət edir. Biz də havayı getmirik bizə pul verilir. Qiymətlərə baxın 7, 8, 10, 12 min manat, bu qiymətlərə toya gedən müğənni necə kasıb ola bilər?!”

Müğənni toy mərasimində müxtəlif qiymətlərə iştirak etdiyini dilə gətirib:

“Qiymətlər fərqli olur. Tutaq ki, mən deyirəm 5 manata gedirəm, birinin imkanı ona çatmır 3 manat verir. Allah bərəkət versin. Sırf bu qiymətə gedirəm deyə bilmərəm.”
 
Bununla bağlı süjetə noyabrın 16-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Günel Əliyeva

















935 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti