Gülyaz Məmmədova: ”Böyük sənətkarlar unudulmurlar" – özəl açıqlama

Xalq Artisti Gülyaz Məmmədova MUZ TV Azərbaycan kanalına özəl açıqlamalar verib.
Muztv.az xəbər verir ki, mavi libası ilə diqqəti üzərinə çəkən tanınmış muğam ifaçısı Türkiyədə baş tutan konsert proqramından, eləcə də yeniliklərdən və qarşıdakı planlarından danışıb:
“Noyabrın sonlarında “Arşın mal alan” tamaşasını təqdim edəcəyik. Yeni konsertlər planlayırıq. Onu da deyim ki, Türkiyədən yeni gəldik. Türkiyənin Manisa şəhərində böyük konsert təşkil olunmuşdu. Konsert proqramı “Türk dünyasında iz buraxanlar” adlanırdı. TRT Avaz kanalı vasitəsilə canlı yayım olmuşdu. Türk dünyası da izləmişdi. Belə tədbirlərimiz çox olur. Bu yaxınlarda bəstəkar Emin Sabitoğlunun yubileyi keçiriləcək. Ona sevinirəm ki, istər Mədəniyyət və Turizm Nazirliyi, istərsə də dövlət teatrlarımız dünyasını dəyişən mərhum sənətkarlarımızı belə unutmur. Hər zaman da ardıcıl yubileylər keçirilir. Biz də iştirak edərək gözəl nəğmələr səsləndiririk”.
Bununla bağlı süjetə noyabrın 9-da saat 19:00-da Muz TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
