Hollivud ulduzu FTB-ni məhkəməyə verib

Hollivud ulduzu Ancelina Colinin FTB-ni (Federal Təhqiqat Bürosu) məhkəməyə verdiyi iddia olunub. Mtv.az xəbər verir ki, bir neçə gün əvvəl məhkəməyə büro haqqında anonim şikayət daxil olub. İddiaçı bildirib ki, istintaq bürosu şəxsi təyyarədə baş vermiş insidentlə bağlı təfərrüatlarla tanış olmaqdan imtina edib. "Daily Mail" nəşri şikayətdə Colinin əlinin olduğunu irəli sürüb. İddiaya səbəb 2016-cı ildə Fransadan ABŞ-a şəxsi təyyarə ilə uçarkən aktrisanın keçmiş əri Bred Pittin oğulları Maddoksa əl qaldırmasıdır. Lakin FTB aktyora qarşı ittiham qaldırmaqdan imtina edib. Onlar təyyarənin göyərtəsindəki görüntüləri araşdırıb və heç bir fiziki hücum olmadığı qənaətinə gəliblər. Xatırladaq ki, təyyarədə baş verən hadisədən bir neçə gün sonra Coli Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib və uşaqlarına tam qəyyumluq tələb edib. İkili rəsmi şəkildə 2019-cu ildə boşanıb.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
