Bu il dəri çantalar dəbdə olacaq - foto

Bu ildə dəbdə olacaq modellər arasında dəri çantalar üstünlük təşkil edəcək. Mtv.az xəbər verir ki, uzun ömürlü modelləri "Gucci", "Chanel", "Louis Vuitton", "Burberry" və "Prada" kimi məşhur brendlərin növbəti il üçün təqdim etdikləri kolleksiyalarında tapa bilərsiniz. Süet parça çantalar da pələng ilində ön planda olacaq. Olduqca zəngin görüntüyə sahib olan bu çantalar sadə geyimləri canlandıran aksesuar rolunu oynayacaq. Bu modellərin çoxlu rəng seçimi olsa da, torpaq tonları üstünlük təşkil edəcək. Canlı rənglərdən istifadə etməyi sevən xanımlar libaslarını iri çantalarda qara və boz rənglərlə yanaşı qırmızı, sarı, mavi, yaşıl çalarlardan da istifadə edə bilərlər. Çantalarda zəncirlərdən istifadə isə üzümüzə gələn mövsüm adi hala çevriləcək. Növbəti ilin digər trendi iri və tüklü çantalardır. 2022-ci ildə dəblə ayaqlaşmaq istəyən xanımlar üçün ideal seçim ölçüləri nisbətən böyük olan çantalardan yana olmalıdır.





Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
