DƏB
Model təqdimat mərasimində - foto
20-12-2021

Dünya şöhrətli model Emili Ratajkovski instaqramda "CFDA" dəb mükafatlarının təqdimat mərasimindən fotolar paylaşıb. Mtv.az xəbər verir ki, qarın əzələlərini nümayiş etdirən geyim tərcih etməsi modelin tənqidlərə tuş gəlməsinə səbəb olub. İzləyicilər bədəninin görüntüsünü bəyənmədiklərini bildiriblər. Emili ünvanına gələn şərhlərə "Bu postu az qalmışdı paylaşmayacaqdım, çünki müzakirələrə səbəb olacağını bilirdim. Amma durun, bu mənim bədənimdir və buna görə məni utandırmağa çalışanlara boyun əyməyəcəyəm" -deyə, cavab verib. Xatırladaq ki, model 2018-ci ildə amerikalı aktyor Sebastian Bear MakKlardla ailə qurub. Onun bu evlilikdən Silvestr Apollo adlı oğlu var.





108 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8
5