Pamela pəhrizə formada qalır

Dünyanın ən seksual qadınlarından olan Pamela Anderson formada qalmaq üçün idmandan çox pəhrizə üstünlük verir. Mtv.az saytı məşhur ulduzun həmin pəhrizini təqdim edir: Səhərlər: 1 dilim kəpəkli çörək, az yağda hazırlanmış qayğanaq yeyib, şəkərsiz qəhvə və ya çay i,in. Üzərindən 1 stəkan su içmək məsləhətdir. I, II və III gün: Nahar: yağsız pendirdən hazırlanmış sendviç. Şam: ½ tavada qızardılmış yağsız küftə, 2 ədəd alma. IV gün: Nahar: sosiskalı sendviç. Şam yeməyi: 4 ədəd yağsız tavada qızardılmış küftə, 1 ədəd portağal. V gün: Nahar: 2 dilim kəpəkli çörək, balaca pendir və ayran. Şam: tavada qızardılmış yağsız balıq, tərəvəzlərdən hazırlanan, üzərinə azca yağ tökülmüş salat, 1 ədəd banan. VI gün: Nahar: ½ kiloqram meyvə. Şam: buxarda bişmiş balıq və salat. VII gün: Nahar: az yağda hazırlanan qayğanaq, 1 dilim kəpəkli çörək. Şam: 1 boşqab yağsız makaron, 1 ədəd alma. Pəhrizi 15 gün saxlamaq məsləhətdir.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
