Rusiyanı tərk edən sənət adamları kimlərdir?

Rusiyanın Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyat fonunda ölkə daxilində tətbiq olunan sanksiyalar, gərgin siyasi vəziyyət bir çox məşhurun və ictimai xadimin ölkəni tərk etməsinə səbəb olub. Mtv.az xəbər verir ki, "Небожена" teleqram kanalı həmin şəxslərin yeni siyahısını yayıb. Bildirilib ki, Ukrayna əsilli, rusiyalı oliqarx Mixail Fridman ("Alfa-Group"un həmtəsisçisi) Londona, milyarder Sergey Çemezov ("Rostec"in baş direktoru) Dubaya gedib. Kanalın məlumatına görə, bir müddət əvvəl Ukraynadakı hərbi əməliyyatın əleyhinə kəskin çıxış edən tanınmış jurnalist və bloger Yuri Dud isə Barselonadadır. Yenilənmiş siyahıda adlar və getdikləri ölkələr belədir: Həbib Nurməhəmmədov Nyu-Yorkda, Anastasiya Reşetova Dubayda, Kseniya Sobçak İsraildə, Mixail Viktoroviç Zıqar - Dubayda, Aleksey Mordaşov - Seyşel adalarında, Yuliya Navalnaya - Frankfurtda, rusiyalı milyarder Vladimir Sergeyeviç Lisin - Kiprdədir. Bu məqamda xatırladaq ki, Sobçak bir müddət əvvəl oğluna səyahət vəd etdiyi üçün İstanbula tətilə getdiyini açıqlamışdı. Lakin onu daha sonra İsrail hava limanında görüblər. Teleaparıcının vətəndaşlıq almaq üçün oraya getdiyi güman edilir. Ölkəni tərk etdiyini gizləməyən jurnalist Bojena Rınska instaqram hesabında İsrailə getməyi planlaşdırdığını yazıb. Bloger Aiza Dolmatova isə etiraf edib ki, Rusiyada özünü rahat hiss etmir və buna görə də uşaqları ilə birlikdə ölkəni tərk etmək qərarına gəlib: "Başqalarının əvəzinə yox, öz adıma danışa bilərəm. Qorxuram. Mən həqiqəti bilmirəm. Panik atak keçirməyə başladım. Yemək yeyə bilmirəm. Kiminsə mənə əmr verməsindən xoşum gəlmir".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
