Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb
Bülənt Ərsoy yeni imici ilə diqqət çəkib - foto
"Şirinə" obrazını Rihanna səsləndirəcək

Facebook instagram Twitter Youtube
BLOGGER

Bloqçu müğənniyə 1,25 milyon dollar ödəyəcək - foto

14-02-2022


Məşhur reper Kardi B ona böhtan atan bloqçu Lataşa Kebeyə (ləqəbi Taşa K) qarşı qaldırdığı məhkəmə iddiasını udub.

Mtv.az xəbər verir ki, ifaçının özəl həyatı ilə bağlı məlumatlar paylaşan bloger onun cinsi yolla keçən xəstəliklərdən və narkotik asılılığından əziyyət çəkdiyini bildirib.

Məhkəmə prosesində bu ittihamlar böhtan kimi qiymətləndirilib. Bu səbəbdən Lataşa müğənniyə vurduğu mənəvi ziyana görə 1,25 milyon dollar ödəməli olacaq.

Reper məhkəməni qazandıqdan sonra tviterdə "Xoşbəxtəm, amma eyni zamanda kədərlənirəm", - paylaşım edib. 

Xatırladaq ki, bloger Kardi B ilə bağlı ilk videosunu 2018-ci ildə yayımlayıb. İfaçı onunla əlaqə saxlayıb videonu silməyi istəsə də, Lataşa bundan imtina edib. Bundan sonra müğənni onu məhkəməyə verib.

Məhkəmə zamanı Kardi B bildirib ki, bu videolara görə onun həyat yoldaşı və qızı ilə münasibətləri pisləşib, depressiyaya düşüb və hətta intihar həddinə çatıb.



188 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti