Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
BLOGGER

Bloger-model 17 milyon dollara yaxta alıb

17-12-2021


Bloger-model Natalia Davydova ilə həyat yoldaşı, iş adamı İvan Streşinski 17 milyon dollarlıq (təxminən 28 milyon 882 min 548 manat) yaxta alıb. Mtv.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, bunu Streşinskinin ətrafındakı mənbə təsdiqləyib. Uzunluğu 38,36 metr olan gəmi iş adamının həyat yoldaşının şərəfinə "Nataly S" adlandırılıb. Cütlük ötən il tikintisi başa çatan dəniz nəqliyyatını bu yaxınlarda əldə edib. Yaxta "Ferretti Qrupu"na daxil olan İtaliyanın "Custom Line" tərsanəsində inşa edilib. Yaxta 10-a qədər qonağı və altı ekipaj üzvünü qəbul edə bilir. Xatırladaq ki, İvan Streşinski Əlişir Usmanovun USM holdinqinin baş direktorudur. Ötən gün "Forbes" jurnalı Streşinskinin dollar milyarderi olan ilk rusiyalı top-menecer olduğunu açıqlayıb. İş adamının sərvətinin 1,3 milyard dollar olduğu bildirilir.

216 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti