Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
BLOGGER

Bülənt Ərsoy orkestr üzvlərinə 100 min lirə ödəyib

10-11-2021


Müğənni Bülənt Ərsoyun PCR testi saxta çıxdığı üçün polis tərəfindən saxlanılan komandası sərbəst buraxılıb.

Mtv.az xəbər verir ki, azadlığa çıxan musiqiçilər təyyarə ilə İstanbula gəliblər. Onları ailələri və media nümayəndələri qarşılayıb. Musiqiçilər sualları cavablandırarkən yenə də Bülənti günahlandırıblar.

Ərsoy bir proqrama telefonla zəng edərək "Bu təhqirləri unudacağımı düşünürlər?" sözlərini deyib və onlardan bunun hesabını soruşacağını söyləyib:

"Mənim mədəm bunları həzm etməz. Məni qaraladılar və bu işin içinə çəkmək istədilər. Burada media da günahkardır. Siz məsələyə Bülənt Ərsoyu niyə qarışdırırsınız? Bülənt sənətkardır. Sizin kimi o da işini görən bir insandır. Mən testimi verdim və 2 gün əvvəl ora getdim. Mənim elə yalan, fırıldaq şeylərlə işim olmaz".

İfaçı orkestr üzvlərinə 100 min lirə ödədiyini deyib. İfaçı bildirib ki, hətta musiqiçilərdən birinin övladının dünyaya gəlməsinə kömək edib. Uşağa Bülənt adı veriləndə isə Ərsoy buna etirazını bildirib.

194 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti