Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
AFİŞA

"Bakı payızı” müsabiqəsi keçiriləcək

10-02-2023


Bir çox məşhur simaların vaxtilə yer aldığı "Bakı payızı” müsabiqəsi yenidən keçiriləcək. Mtv.az xəbər verir ki, bu barədə rejissor Sevinc Kərimova sosial şəbəkədə paylaşım edib. 1988-ci ildə müsabiqənin konsepsiyasını yaradan və rejissorluq edən S.Kərimova 2023-cü ildə bunun reallaşacağını vurğulayıb. 2023-cü ildə “Bakı Payızı” pop-art müsabiqəsi beş janrda - müasir vokal, orijinal janr, müasir xoreoqrafiya, estrada və rok qrupları və bəstəkarlar üzrə keçiriləcək. Müsabiqə üçün ərizələrin qəbulu artıq başlayıb. Xatırladaq ki, "Bakı payızı - 1988"də Xalq artisti Aygün Kazımova qalib olub. Həmin ərəfədə yarışmada Xalq artisti Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Əməkdar artist Almaz Ələsgərova, müğənnilər Abbas Əhməd, İlqar Xəyal, Samir Bağırov kimi ifaçılar yer alıb. 2001-ci ildə “Bakı payızı” müsabiqəsi yenidən keçirilib, birinci yeri Xalq artisti Tünzalə Ağayeva qazanıb, lakin həmin müsabiqə onun yaradıcısı və rejissoru Sevinc Kərimovanın iştirakı olmadan baş tutub.

52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti