"O böyük günə az qaldı..." - foto

"O böyük günə az qaldı. Allahın izni ilə o böyük günə hazırlaşıb, əlimdən gələn nə varsa ustadım üçün hamısını edəcəyəm". Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova bildirib. Müğənni SSR Xalq artisti Şövkət Ələkbərova üçün xatirə gecəsi keçirəcəyini vurğulayıb: "Bəlkə də bu son edəcəyimdir... Nə bilim... Həyatın özü də insanları kimi nankor, vəfasızdır. Şövkət Ələkbərova həmişə məni qoruyurdu, çox sevirdi və inanırdı. İnam gözəldir, kaş ki, inam işığı heç kəsin qəlbindən qəlbindən sönməsəydi. Necə ki, onun qəlbində bir gün belə "mən" adlı işığın sönməsinə imkan vermədim. O, dünyadan getdi, ancaq ruhunun da qarşısında onun inam işığına nadürüst olmadım. Onu özünə dediyim kimi çox sevdim, ömrümün sonunadək. Şövkət xanım bu sevgini özü qazanmışdı: ləyaqəti, sədaqəti, böyük məhəbbəti və sənəti ilə".

Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
