AFİŞA
Britni Spirsin keçmiş əri həbs olunub - foto
21-01-2022

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, aktyor Ceyson Aleksandr həbs edilib.
Mtv.az xəbər verir ki, aktyor adı açıqlanmayan şəxsi təqib etdiyi üçün bu cəzaya məhkum olunub.
Xatırladaq ki, bu, Ceysonun ilk həbsi deyil. O, ilk dəfə 2021-ci ilin yanvarında Neşvilldə, daha sonra həmin ilin avqustunda Tennessi ştatının paytaxtındakı hava limanında təhlükəsizlik xəttini kəsib qadağan olunmuş əraziyə daxil olmağa cəhd etdiyi üçün həbs olunub. O, daha sonra 2500 dollar girov qarşılığında sərbəst buraxılıb.
Ceysonla Britni 2004-cü ildə ailə həyatı qurub. Cütlük elə həmin il boşanıb.

80 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May
26 May