Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
ULDUZ

Brilliant Dadaşova “Big Apple Music Awards”ın laureatı olacaq

20-11-2012


   Dekabrın 2-də “Big Apple Music Awards” beynəlxalq musiqi mükafatlarının sayca 5-ci təqdimat mərasimi keçiriləcək. Xalq artisti Brilliant Dadaşovanın tədbirdə prestijli və xüsusi “Musiqinin inkişafına verdiyi töhfəyə görə” “Diamond Award” mükafatını ilə təltif olunacağı bildirilir. Sözügedən mükafatlandırma mərasimi “European Music Awards”, “Latina Music Awards” kimi musiqi mükafatlarının özünəməxsus analoqu hesab edilir. Tədbirdə artistlər cəmi 22 nominasiya üzrə mükafatlandırılır. Qeyd edək ki, ötən illər bu mükafatın sahibləri Alabina və İbrahim Tatlısəs olub.
   İstanbula işgüzar səfər edən xalq artisti Aygün Kazımova qardaş ölkədə çox məhsuldar görüşlər keçirib. Görüş Aygün Kazımovanın tanınmış dünya ulduzlarından biri ilə oxuyacağı duetin detalları ilə bağlı olub. Adı müvəqqəti olaraq açıqlanmayan həmin ulduzun baş meneceri şirkətin dəvəti ilə İstanbula gəlib. Digər vacib görüş isə İstanbulda ardıcıl konsertlər vermiş dünya ulduzu Cennifer Lopezin xoreoqrafı ilə olub. Xalq artisti vəd verdiyi layihəsi üçün məhz ondan dərs alacaq. Üçüncü görüşdüyü şəxs Türkiyənin tanınmış rejissoru Nihat Odabaşı olub. Müğənni xanım ifa etdiyi mahnılardan birini onun ekranlaşdırmasını istəyir.
   Əməkdar artist Manana Çaparidzenin Parisdə konsert verəcəyi gözlənilir. Verilən məlumata görə, tədbiri müğənninin dostları təşkil edəcək. 2 saatlıq konsert proqramı Parisin teatrlarından birində reallaşacaq. Müğənninin mərasimdə azərbaycan, gürcü, ingilis, fransız dillərində mahnılar səsləndirəcəyi gözlənilir.
   Müğənni Rəqsanə şəxsi həyatı ilə hələ də gündəmdədir. O, verilişlərin birində toyunun fevralda olacağını və tədbirdə yalnız yaxın qohumlarının iştirak edəcəyini bildirib. "Mən çox xoşbəxtəm. Nişanlım bütün kaprizlərimə dözür. Axır ki, güvənə biləcəyim bir adam qarşıma çıxıb", - deyə ifaçı əlavə edib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

774 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23