Müğənni klip çəkilişi üçün göydələnə çıxdı - foto
“Leviafan” “Ən yaxşı filmlər”i siyahısına düşdü
Kənan sevgilisini itirməkdən qorxur
"Qara dul"dan bəhs edən filmin treyleri - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhurları narahat edən məqamlar

17-11-2012


    “Aləm gözəl” mahnısı ətrafında yaranan söz-söhbət səngimək bilmir. Xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Abbas Bağırovun arasında başlanan mahnı davasına sənətkar İlhamə Quliyeva da müdaxilə edib. Abbas Bağırovu “böyük sənətkar” adlandıran İlhamə xanım, gənc həmkarına onun mahnılarını ifa etməyə icazə verdiyini söyləyib. “Abbasın səsi musiqiyə gözəllik verir. Elə “Aləm gözəl” mahnısına da o, öz möhürünü vurub”, -deyə xalq artisti əlavə edib.
    Xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 25 ili tamam olur. Sənətçi “Facebook” sosial şəbəkəsindəki səhifəsində öz hisslərini bölüşüb: “Bu illər ərzində ən böyük qazancım – təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür sənə, ya Rəbbim! Sonsuz minnətdarlıq, əziz azərbaycanlılarım! Məni bu pilləyə layiq görən Vətənim, Xalqım - verdiyiniz dəyər ən böyük varlığımdır! Təşəkkür!!!” Qeyd edək ki, xalq artistinin ilk hədiyyəsi onun pərəstişkarı Nərminin paylaşdığı video-çarx olub.
    Xalq artisti Mələkxanım Əyyubova Moskvada konsert proqramı ilə çıxış edib. Lyudmila Ryumina adına Folklor Mərkəzində reallaşan muğam gecəsində xanəndəni xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, habelə Soltan Əliyev, Oqtay Bayram və Sərxan Quliyevin iştirakı ilə Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı müşayiət edib. Mələkxanım Əyyubova repertuarında yer alan ən sevilən ifalarını, habelə bu yaxınlarda buraxılmış “Rast” albomundan mahnılar səsləndirib. O, Rusiyalı tamaşaçılara unudulmaz “Gözəlim sənsən”, “Süsən sünbül”, “Şüştər”, ”Mahur”, Nəriman Məmmədovun “Səndə çoxdan gözüm var” musiqilərini təqdim edib. Xatırladaq ki,konsert proqramı Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub. 
    Facebook” sosial şəbəkəsində Azərbaycanı “Avroviziya-2010” mahnı müsabiqəsində təmsil edən Safura Əlizadənin yeni səhifəsi açılıb. Müğənninin oğlan fanatı onun adından istifadə edərək ifaçıya ünvanlanan ismarıclara cavab verir. Qəribəsi isə odur ki, o, sualları cavablandırarkən fanat olduğunu söyləmir və istifadəçilər həmin şəxsin Safura olduğunu zənn edir. Qeyd edək ki, bu problemlə bir çox şou nümayəndələrimiz qarşılaşıb.

 

Xəyalə Əzizova

 

Muz-Tv.az
 

834 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Dekabr












9 Dekabr