Beren Saat və Kənan Doğulu birlikdə - foto
Keti Perri özünü şam ağacına bənzətdi - foto
Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

“Gangnam style” rəqsi Madonnanın təqdimatında...

15-11-2012


    Türkiyəli pop ulduz Demet Akalının yeni “Giderli 16” adlı albomunun çıxış mahnısı olan “İlan” səs-küyə səbəb olub. Sözügedən trek radiolarda və internetdə yayımlandıqdan qısa müddət sonra Twitter-də haqqında ən çox danışılan mövzu olub. Sənətçinin heyranları Demet Akalını təbrik atəşinə tutublar.
    Məşhur amerikalı repçi Ludakris yaradıcılığında cəsur addımlar atmaq qərarına gələrək “Ludaversal” adlı yeni albomunu təqdim edib. Onun “Rest of My Life” adlı mahnısının səsyazma prosesində dünya musiqisinin ən məşhur ulduzları Devid Getta və Aşer aktiv iştirak edib. Ludakrisin dərin mənalı, lirik mətnləri isə sözügedən əsərə xüsusi gözəllik qatıb. Musiqi toplusunun çıxış mahnısı olan “Rest of my life” kompozisiyası hər üç ulduzun heyranları tərəfindən çox bəyənilib.
    Dünyaca məşhur müğənni Madonna da böyük səs-küyə səbəb olan “Gangnam style” virusuna yoluxub. Belə ki, ulduz Nyu York konserti zamanı koreyalı müğənni PSY-ni səhnəyə dəvət edib. Çıxış zamanı ifaçılar “Give it to me” və “Gangnam style” mahnılarından miks yaradıblar. Müğənni klipdəki məşhur rəqs hərəkətlərini təkrarlayıb. Qeyd edək ki, sözügedən hitin müəllifi daha bir dünya ulduzu olan Castin Biberlə əməkdaşlıq etməyə hazırlaşır.
    Amerikalı R&B müğənnisi Kelli Rouland “İce” mahnısına çəkilən yeni klipini sevənlərinin ixtiyarına verib. Trek ulduzun sayca dördüncü “Year of the Woman” albomunun çıxış sinqlıdır. Video çarxın rejissoru məşhur fotoqraf Metyu Rolstondur. Sözügedən mahnının müəllifi Kelli Rouland özüdür. Albomun təqdimatı 2013-cü ilə planlaşdırılıb.


Sahilə Aslanova

 

Muz-Tv.az
 

770 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr










































13 Dekabr