Gənc müğənni yeni klipini sevgilsinə həsr etdi

Gənc müğənni Elvin Abbasov sözləri Güllər Qəmliyə, musiqisi isə Aybəniz Güllərə aid olan “Sevgilm” adlı mahnısına ekran həyatı verib. Yaradıcılığı dövründə artıq 3-cü klipini çəkdirən Elvin, prosesdən olduqca razı qaldığını söyləyib. Hətta kliplə bağlı xüsusi layihəsi də olduğunu deyən ifaçı bunu açıqlamaq istəməyib.
Həyatında sevgi olduğunu gizlətməyən Elvin bildirib ki, bu səbəbdən də mahnını ürəkdən ifa edib. Gənc müğənni yeni çəkdirdiyi klipi də sevgilisinə həsr etdiyini deyib.
MuzTv-nin xüsusi zəhmətilə ərsəyə gələn klip haqqında rejissor İlkin İmanov da təəssüratlarını bölüşüb. Qeyd edək ki, “Sevgilim” adlı mahnıya çəkilən klipi tezliklə eksklüziv olaraq MuzTV-nin efirində izləyəcəksiniz.
Səbinə Zöhrabqızı
Vüsal Həşimov
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
