ULDUZ
“Kool and the Gang” Bakı səhnəsində...
25-10-2012

Paytaxtımızda 10 ildir ki, keçirilən Bakı Caz festivalı çərçivəsində növbəti konsert reallaşıb. Heydər Əliyev Sarayında bu dəfə Amerikanın məşhur “Kool and the Gang” qrupu çıxış edib. Musiqiçilər hər kəsə əyləncə dolu gecə yaşadıb. 1964-cü ildə yaradılan “Kool and the Gang” qrupu fəaliyyətinə cazdan başlasa da, illər keçdikcə yeni musiqi yaradıb.
1973-cü ildə buraxılan “Wild and Piceful” adlı ilk albom qrupun dünya arenasına çıxmasına böyük təkan verib. Qeyd edək ki, “Kool and the Gang” qupu iki dəfə Gremmi mükafatçısı olub.
Səbinə Zöhrabqızı
Ramal Gülməmmədov
Muz-Tv.az
1276 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar