"Damla qeyri-peşəkardır" - Əməkdar artist
Aşıq Samirə keçmiş ərini hələ də sevir
Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Zarina “Kader Utansın” a təqdimat etdi

24-10-2012


     Gənc ifaçı Zarina Məmmədova sözləri və musiqisi türkiyəli bəstəkar-müğənni Ümid Sayına məxsus olan “Kader utansın” adlı mahnısına çəkdiridiyi klipi yerli media nümayəndələrinə təqdim edib. Şəhər restoranlarının birində reallaşan tədbirdə jurnalistlərlə bərabər Ümid Sayın da yer alıb. Tədbirin ilk dəqiqələrində Zarina və onun komandası gələn qonaqları ilə bərabər klipi seyr edib.
     Sadəliyi ilə seçilən klip İstanbulda rejissor Kemal Başbuğ tərəfindən ekranlaşdırılıb. Gecə boyu media mənsublarının suallarını cavablandıran Ümid Sayın bildirib ki, “Kadər utansın” mahnısını 15 il əvvəl Aşkın Nur Yengi oxusa da o, bu mahnını yeni duet ortağı Zarinanın ifasında daha çox bəyənib. Oktyabrın 19-dan Azərbaycanda olduğunu söyləyən müğənni azərbaycanlıların qonaqpərvərliyindən razı qaldığını deyib. Xanım müğənnimizi bol-bol tərifləyən türkiyəli məşhur ona hər zaman dəstək olacağını deyib. 
     Daha sonra onun sözləri Baba Vəziroğluna, musiqisi Kamal bəyə məxsus “Doğum günüm” mahnısına Türkiyədə çəkdirdiyi klip də surpriz olaraq gələn qonaqlara nümayiş olunub. Müğənni vurğulayıb ki, bu klip vaxtilə hamı tərəfindən maraqla izlənilən “Aşka Sürgün” filminin çəkildiyi evdə ərsəyə gətirilib. Sonda Ümid Sayına təşəkkür etməyi unutmayan Zarina bundan sonra hər zaman keyfiyyətli işlərlə gündəmdə olacağına söz verib.

 

Aytən Zöhrabqızı
Rüfət Qarayev

 

Muz-Tv.az
 

1942 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr








21 Oktyabr