Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Stinq ağacların qırılmasına etiraz etdi

24-10-2012


     Məşhur ingilis müğənnisi Stinq dekabrın 9-da Filippində verəcəyi “Back to bass” şou-konserti üçün dövlət rəsmilərindən başqa məkan seçilməsini tələb edib. Buna səbəb ərazidə yerləşən alış-veriş mərkəzinin dövlət tapşırığı ilə yeni avto-dayanacaq tikmək üçün 182 ağacı kəsməsidir. Tədbirin keçiriləcəyi “Ətraf aləmi müdafiə cəmiyyəti” Stinqə və onun həyat yoldaşına problemdən bəhs edən müraciət göndərib. “Stinq həm meşələri qoruyub, həm də iş adamlarına ağacları kəsmələrinə icazə verə bilməz” cümləsi ilə başlayan məktubdan sonra müğənni dövlət rəsmilərinə etirazını bildirib.
    Türkiyəli müğənni Kənan Doğulu və aktrisa Beren Saat Amerika tətillərini bitirərək İstanbula dönüblər. Ötən gecə maşınlarında görüntülənən cütlüyün üzündəki təbəssüm diqqətdən yayınmayıb. Aktrisanı bir alış-veriş mərkəzindən götürən Kənan jurnalistləri qarşısında görəndə çox təəccüblənib. Müxbirlərin suallarına cavab verməyən məşhurlar yalnız hamının bayramını təbrik etməklə kifayətləniblər. 
     Amerikalı müğənni Alişa Kiz “Girl on Fire” mahnısına çəkilən yeni klipini təqdim edib. 31 yaşlı ulduz video çarxda həm işləyən, həm də ailədə hər kəsə kömək edən ananın gündəlik həyatını canlandırıb. Xatırladaq ki, bu mahnı Kizin yeni albomunun ilk sinqlıdır. Musiqi toplusu noyabrın 27-də işıq üzü görəcək.
     Məşhur hollandiyalı Dj Armin van Byuren illik elektron musiqinin ən yaxşı ifaçıları sıralanmasında ilk yeri tutub. Keçən il birinci sırada olan fransız Devid Getta isə bu il dördüncü yerlə kifayətlənməli olub. Siyahıda ikinci yerə Dj Tiesto, üçüncü yerə isə gənc ifaçı Aviccinin adı var. Qeyd edək ki, Armin bu sıralamada 2007, 2008, 2009 cə 2010-cu illərdə də birinci olub.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

752 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr