Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Ceyms Blant musiqi karyerasına son qoydu

23-10-2012


     İngilis müğənni və bəstəkar Ceyms Blant musiqi karyerasına son qoydu. Bu barədə o, bir neçə gün əvvəl mətbuata məlumat verib. 38 yaşlı musiqiçinin sözlərinə görə, onun gələcək haqqında planları arasında yeni kompozisiyalar yazmaq yoxdur. Blant bildirib ki, indi ancaq öz şəxsi həyatına vaxt ayırmaq və doyunca istirahət etmək niyyətindədir. Xatırladaq ki, keçmiş hərbiçi Ceyms Blant bu günə qədər dünyada 18 milyon nüsxəylə satılan üç albom çıxarıb. 
    Türkiyəli müğənni İbrahim Tatlısəsin xəstəxanada evləndiyi Ayşəgül Yıldızla dalaşıb evi tərk etdiyi haqqında dedi-qodular yayılıb. Qatıldıqları bir toy mərasimində həyat yoldaşına qışqıran məşhur müğənni hər kəsi təəccübləndirib. Tatlısəsin 15 gün əvvəl evi tərk etdiyi iddia edilsə də, o, “Twitter” hesabından deyilənləri: “Ayşəgül xanım dünən axşam xəstəxanada yanımda idi. Bu dedi-qodular necə yaranıb, anlaya bilmirəm”, -deyə yalanlayıb.
     Keçmiş sevgilisi Kris Braunu yeni internet saytının açılış mərasimində tək buraxmayan müğənni Rihanna gizlicə telefona çəkilib. Bütün gecə söhbət edən cütlük sonda ayrı maşınlara minərək evlərinə dönüb. Xatırladaq ki, 2009-cu ildə Rihanna Braundan onu döydüyü üçün ayrılıb. Müğənni qatıldığı bir verilişdə keçmiş sevgilisini heç nəyə baxmayaraq hələ də sevdiyini söyləyərək göz yaşlarını saxlaya bilməyib.
    Dünyaca məşhur Dj Devid Getta “Metropolis” mahnısına çəkilən yeni klipini təqdim edib. Video çarxın rejissoru “Mr. Brainwash”-dur. Kompozisiya üzərində Gettadan başqa hollandiyalı Dj Niki Romero da çalışıb. Bu səbəbdən musiqi rəngarəng və dinamik alınıb. Amma Fransada hesab edirlər ki, mahnı oğurluqdur və Dj Mişel Kaflanın “Resurrection” trekinin eynisidir.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

836 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr