Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Nadir Qafarzadə: “Heç bir mafiya mənimlə bacara bilməz”

23-10-2012


     Əməkdar artist Almaz Ələsgərli bəstəkar Gövhər Həsənzadə ilə işbirliyindən danışıb. O, bildirib ki, musiqisi və sözləri bəstəkara aid olan bossa nova janrlı “Mən səni sevirdim” mahnısı artıq hazırdır. Müğənni həmçinin vurğulayıb ki, yeni albomumda yalnız Gövhər Həsənzadənin mahnılarını ifa edib.
     Müğənni Nadir Qafarzadə son zamanlar həmkarlarının ona qarşı birləşdiklərini bildirib. Məşhurun sözlərinə görə, bu mafiyanın məqsədi onun adını şou-biznesin gündəliyindən çıxarmaqdır. “Heç bir mafiya mənimlə bacara bilməz. Hamımız bilirik ki, həmin qrupun üzvlərini nələr gözləyir. Mən onlardan nəyə görə qorxmalıyam ki, qoy onlar məndən qorxsunlar” –deyə müğənni əlavə edib. 
     Ötən həftə teleaparıcı İlkin Həsəni ad gününü qeyd edib. İyirmi doqquz yaşını tamamlayan Həsəni bu il subaylığa son qoyacağını bildirib. Məşhur aparıcı xeyir işə doğru getdiyini və ailə həyatı qurmaq haqqında fikirləşdiyini söyləyib.
     Azərbaycan estradasının tanınmış müğənnisi Elton Hüseynəliyev efirlərdə görünməməsinin səbəbini açıqlayıb. O, yeni işləri ilə tamaşaçıları sevindirəcəyini vəd edərək, bundan sonra yalnız sənəti ilə gündəmdə qalmaq istədiyini bildirib. “İnşallah məni sevən tamaşaçılarıma bir çox yeniliklərim olacaq. O zaman məni televiziya məkanlarında daha tez-tez görəcəksiniz. Allaha şükürlər olsun ki, başqa hər şey yaxşıdır. Həyatımdan razıyam” –deyə müğənni vurğulayıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

724 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr