Hadisə aktrisaya cavab verdi
Model fərqli görünüşü ilə diqqət çəkdi - foto
Xuraman toyda başına gələn hadisədən danışdı
Ceyn Fonda gündəmə gəldi

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artist klipində məşhur modelyerin libaslarını geyindi

22-10-2012


    Əməkdar artist Gülüstan Əliyeva “Gəncəm” mahnısına çəkdirdiyi klipə təqdimat keçirib. Muz Tv xəbər verir ki, media əhlinin iştirak etdiyi tədbirdə müğənninin sənət dostları da yer alıb. Belə ki, əməkdar artist Nuriyyə Hüseynova, Zakir Əliyev və modelyer Gülnarə Xəliliova onu bu xoş gündə tək buraxmayıb. Uzun müddətdir klip çəkilişlərinə fasilə verən ifaçı bildirib ki, bu ekran əsərində Gəncənin görməli, tarixi yerləri lentə alınıb. Əməkdar artist qonaqlar arasında əyləşib hamını klipi izləməyə dəvət edib. Yeni ekran işini nümayiş etdirdikdən sonra Gülüstan xanım sualları cavablandırıb. Müğənni klipdə geyindiyi milli libasların modelyer Gülnarə Xəlilovaya məxsus olduğunu və xüsusən onun üçün hazırlandığını bildirib. Həmkarları da sənətçini təbrik edərək uğurlarının davamlı olmasını arzulayıb.

 

Aytən Zöhrabqızı
Rüfət Qarayev

 

Muz-Tv.az
 

1798 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Fevral




























19 Fevral