Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Şövkət Ələkbərovanın anım mərasimi keçirildi

20-10-2012


    Görkəmli sənətkar Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. Məlahətli səsin sahibi Azərbaycan Dövlət Mahnı və rəqs ansamblının, daha sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
    Ömür yolu heç də hamar olmayan sənətkarın həyatında ən ağır zərbə 1963-cü ilin 9 dekabrında həyat yoldaşı rejissor Lətif Səfərovun ölümü olub. Onları hər ikisinin vurğunu olduğu sənət qarşılaşdırsa da, 8 illik evliliyə son qoyulub. 
    Şövkət Ələkbərova 1993-cü il fevralın 7-də 71 yaşında dünyasını dəyişib.   Dahi sənətkarın doğum gününü unutmayan tələbəsi əməkdar artist Aybəniz Həşimova həmkarlarını ətrafına toplayıb Fəxri Xiyabanda anım mərasimi keçirib.
     İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə qeyd olunan xatirə günündə xalqın sevimlisini yad edib gələn hər kəs onunla bağlı xoş, unudulmaz xatirələrini bölüşüb. Xalq artistinin ailə üzvü Gülnarə Səfərova da bu günün əsas qəhramanlarından biri olub.
    İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, xatirəsi əziz hislərələ yad edilən Şövkət Ələkbərova həmişə xoş təəssüratla xatırlanacaq.

 

Səbinə Zöhrabqızı
Elfaq Lələyev

 

Muz-Tv.az
 

740 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr