Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

“Eurovision-2011”-in qalibləri Türkiyə səfərinə hazırlaşır

20-10-2012


     “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyə səfərinə hazırlaşır. Bir neçə müddətdir birgə görünməyən Eldar və Nigar bu günlərdə Rusiyanın paytaxtı Moskvada eyni səhnəni bölüşüblər. Duet ortaqlarının növbəti dayanacağı isə Türkiyənin Ankara şəhəri olacaq. Səfərin məqsədi Türkiyədə keçiriləcək Ümumdünya İstefaya çıxmış zabitlərin festivalında çıxış etməkdir. 17-20 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan bu tədbirin məqsədi ölkələr arasında dostluq əlaqələrinin və dünyada sülhün inkişafına nail olmaq üçün təşkil edilib.
      Moskvada yarımçıq işlərini davam etdirən müğənni Rəqsanə İsmayılovanın başına “iş” gəlib. Belə ki, o, axşam saatlarında mətbəxdə iş görərkən iti bıçaqlardan biri müğənninin barmağını dərindən kəsib. Qanı dayandıra bilməyən ailə üzvləri təlaş içində nə edəcəklərini bilməyiblər. Həmin vaxt Rəqsanəgildə qonaq olan müğənni Xəyyam Nisanov Moskvadakı təcili yardıma zəng edib. “Yara o qədər dərin idi ki, barmağım qırıla da bilərdi" - deyən Rəqsanə Bakıya geri qayıdanda əli sarıqlı gəldiyini söyləyib.
      “Qeyri-adi” və “Nağıllar” mahnıları ilə məşhurlaşan müğənni Elvin Abbasov daha bir əsərinə klip çəkdirmək qərarına gəlib. Bu dəfə o, bəstəsi Aybəniz Güllərə aid “Sevgilim” mahnısını ekranlaşdıracaq. Elvinin sayca üçüncü klipi olan “Sevgilim”in rejissorunun kimliyi hələ gizli saxlanılır. Müğənni onu da qeyd edib ki, klipdə həqiqətən də onun sevdiyi qız çəkiləcək. 

Sahilə Aslanova

 

Muz–TV.az
 

678 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr