Nigar Camal Cennifer Lopesin yolunu getdi - foto
Hadisənin transparan geyim i bəyənildi - foto
Dünya şöhrətli aktrisa dünyasını dəyişdi
Model çılpaq fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur cütlük evləndi

20-10-2012


    Amerikalı müğənni Castin Timberleyk və aktrisa Cessika Bil evlənib. Tədbir İtaliyanın cənubunda reallaşıb. Cütlüyün sözlərinə görə, qonaqlar mərasimdən məmnun qalıb. 2011-ci ilin dekabrından nişanlanmaları barədə xəbərlər yayılan məşhur ulduzlar artıq beş ildir birlikdədir. Castin Cessikaya milad bayramında romantik tətil zamanı evlilik təklifi edib.
    Arıqladığına görə mətbuat gündəmindən düşməyən türkiyəli müğənni Hadisə yeni mahnılar üzərində işləməyə başlayıb. Bir yandan televiziyada veriliş aparan ulduz o biri yandan da konsert proqramları ilə çıxış edir. Amma Belçika vətəndaşı olduğu üçün konsertdən gələn gəlirlərindən Türkiyədə vergi verməyən məşhur xanım xalqın tənqid hədəfinə çevrilib. Qeyd edək ki, Hadisə ötən il Belçikada da vergidən yayındığı üçün ittiham olunub.
    Amerikalı R&B ulduzları Nikki Minaj və Kessi ortaq kliplərini sevənlərinin ixtiyarına veriblər. Bu ekran əsəri Nikki Minajın gələcək “Pink Friday” albomunun çıxış sinqlı olan “The Boys” mahnısına çəkilib. Video çarxın rejissoru Kolin Tillidir. Xatırladaq ki, albom noyabrın 19-da işıq üzü görəcək.
    Oktaybrın 15-də 36 yaşını qeyd edən rusiyalı müğənni Nikolay Baskova qeyri-adi hədiyyə verilib. Belə ki, verilişlərin birində qonaq olan məşhur tenora bir yaxın dostu pələng bağışlayıb. Əvvəlcə qorxan Baskov daha sonra çox sevindiyini və bu üç aylıq balaca “pişiyi” məmnuniyyətlə şəxsi bağ evində saxlayacağını bildirib. 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

821 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr




















15 Dekabr