Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Şəhla Həmidov “Hələki yuxularımda ağ-qara kimi görürəm”

20-10-2012


      Gülarə Əliyeva adına “Dan ulduzu” kamera-instrumental ansamblının solisti, xalq musiqisi janrının mahir ifaçısı müğənni Şəhla Həmidova pop janrına üz tutub. O, şou- biznesimizin “əjdaha”sı adlandırılan Nadir Qafarzadə ilə türkcə “Ya sonra” mahnısını duet şəklində yazdırıb.
     Səhnə ilə yaşadığını etiraf edən müğənni hər şeydən çox konsert vermək istədiyini bildirib. Amma Şəhla xanım bu fikrin onun üçün əl çatmaz olduğunu da gizlətməyib: “ Səhnə füsünkardır, mən səhnə yaşayıram. Konsert verməyi çox istəyirəm, lakin hələlik bu mənim üçün xəyal olaraq qalır”.
      İllər öncə musiqi müsabiqəsində iştirak etdiyi müddətdə ona kömək əli uzatmağa hazır olanlara səslənib: “Mən o simaya sahib deyiləm ki, qapıdan qovsalar pəncərədən girim. Məndə o üz olsaydı, nə dərdim var idi”.
      Sonda Şəhla Həmidova yalnız xalq və retro mahnılarının ifaçısı kimi qalmaq istəmədiyini, başqa janrlarda da oxuyacağını qeyd edib .

 

Sərvər Mehdiyev
Vüsal Babayev

 

Muz-Tv.az
 

1115 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr