Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Tünzalə Ağayeva qərbi milliləşdirdi

20-10-2012


    Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrı ilə birgə konsert verən sənətçi tamaşaçılarına unudulmaz anlar yaşadıb. 
    Muz Tv-nin məlumatına görə, Tünzalə Ağayeva maestro Yalçın Adıgözəlovun rəhbərlik etdiyi orkestrlə birlikdə dünya caz musiqisini ifa edib. Tədbirin aparıcısı Rahib Azəri bu gecənin hələ uzun müddət yaddaşlardan silinməyəcəyini bildirib. O, caz musiqisinin milli simfonik orkestrlə birgə təqdimatının yenilik olduğunu söyləyib. 
    Qeyd edək ki, oktyabrın 16-dan başlayan Bakı Beynəlxalq Caz Festivalı oktyabrın 25-dək davam edəcək.

 

Aysər Həsənli
Elfaq Rüstəmov

 

Muz-Tv.az
 

742 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr