"Damla qeyri-peşəkardır" - Əməkdar artist
Aşıq Samirə keçmiş ərini hələ də sevir
Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Teoman səhnəyə qayıdır

19-10-2012


     Meqastar Tarkan 41-ci doğum gününü Tarabyada yerləşən evində qeyd edib. Əlli nəfərlik dəvətli arasında Sezen Aksu, Ajda Pekkan və Nazan Öncəl kimi məşhurların olmaması diqqət çəkib. Axşam saatlarında başlayan tədbir 5 saat davam edib.
    Türkiyəli aktrisa Özgü Namal bir kafedə təkbaşına kameralara görüntülənib. O, sevgilisi Başar Savurla evliliyi barədə soruşulan suallara: “Üfüqdə evlilik yoxdu. Heç falımda da çıxmadı” – deyə cavab verib. 
    Səhnədən həmişəlik getdiyini elan edən türkiyəli müğənni Teoman yenidən musiqi bəstələyəcəyini deyib. O, jurnalistlərin suallarını cavablayaraq hazırda tətildə olduğunu və gələcəkdə geri dönə biləcəyini bildirib. Amma məşhur rokçu bu dəfə mahnılarını öz zövqünə görə yazacağını əlavə etməyi də unutmayıb.
    Məşhur müğənni Beyons amerikan futbolunun Super Kubok uğrunda keçirilən final oyununda fasilə zamanı çıxış edəcək. O, 2004-cü ildə də eyni mərasimdə Amerikanın himnini oxuyub.  Xatırladaq ki, 2012-ci ildə eyni vəzifə Madonnaya həvalə edilib. Ümumilikdə bu tədbir amerikan cəmiyyətində xüsusi maraqla qarşılanır və fasilələrdəki çıxışlar da səbirsizliklə gözlənilir.

 

Sahilə Aslanova

 

Muz–Tv.az
 

727 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr








21 Oktyabr