Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Daha bir yerli məşhur ölkəni tərk edir

19-10-2012


     Sevda Yahyayeva vətəni tərk edir. O, bir neçə gündən sonra Ukraynaya yollanacaq. Buna səbəb isə yeni klip çəkilişidir. “Sən” adlı mahnısına ekran həyatı vermək üçün bu ölkəyə üz tutan Sevda maraqlı bir iş ərsəyə gətirəcəyinə inanır. Çəkiliş heyətinin tamamilə ukraynalılardan ibarət olduğunu bildirən müğənni özü ilə yalnız prodüserini apardığını əlavə edib. Qeyd edək ki, “Sən” adlı mahnının musiqisi Pərviz Mahmudova, sözləri isə Aygün İsmayılovaya məxsusdur. 
     Xalq artisti Zemfira Nərimanovanın Çin generalına ərə gedəcəyi barədə xəbərlər yayılıb. Aktrisanın köməkçisi məsələyə aydınlıq gətirərək yayılan məlumatların yalan olduğunu və məşhur xanımın ailə qurmağa hazırlaşmadığını bildirib.
     Əməkdar artist İlqar Muradov oğlu Zümrada toy etməyə hazırlaşır. Sözügedən məclisin oktyabrın 22-i paytaxtın dəbdəbəli məkanlarının birində reallaşacağı deyilir. Əməkdar artistin oğlunun toyuna Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, ictimai xadimlər də dəvət edilib.
      Türkiyənin tanınmış müğənni-bəstəkarı Ümid Sayın Bakıya gəlir. Bu səfər ifaçının gənc azərbaycanlı müğənni Zarina ilə işbirliyi ilə bağlıdır. Belə ki, Ümid Sayın sözləri və musiqisi özünə aid olan “Kader utansın” adlı mahnısını Zarina ilə ifa edib. Artıq bu musiqiyə Türkiyədə klip də çəkilib. Klipin təqdimatının isə gələn həftəyə təsadüf edəcəyi güman edilir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

727 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr