Rita Oranın sərvəti açıqlandı 
Aktrisa paylaşımına görə tənqid olundu
Mənzurə qalmaqallı geyimindən danışdı - video
Müğənnilər dostluqlarını pozdular

Facebook instagram Twitter Youtube
ULDUZ

Elməddin: “Evdə dil tapa bilmirəm"

30-03-2017


Filoloq Zemfira Nursəlova ilə ailəli olan aktyor Elməddin Cəfərov iki oğlu Rinat və Nicatdan söz açıb.

Muztv.az-a açıqlama verən gülüş ustası övladlarının gələcəkdə davamçısı olmaqlarını istəmədiyini deyib:

“Əslində Rinatın bu sahəyə marağı var, amma mən istəmirəm. Kiçik oğlum Nicat rus dili təmaüllü məktəbdə oxuyur, böyük oğlum isə ingilis dili…Mən də heç bir dili bilmədiyim üçün evdə dil tapa bilmirəm, ancaq him-cim hərəkətləri ilə bir-birimizi başa düşürük.Mən onların azadlığına dəymirəm. Kiçik oğlum mənimlə həmişə azərbaycan dilində danışır. Bir dəfə niyəsini soruşdum, dedi “Ata, axı sən rus dilini bilmirsən”. Həm güldüm, həm də kədərləndim (gülür). Balaca uşaq da bunun fərqindədir”.

E.Cəfərov Nicatın şöhrətə meyilli olduğunu söyləyib:

“Kiçikdə aktyorluq qabiliyyəti daha çoxdur, şöhrətpərəsdir. Bir dəfə baxıcısı ilə taksiyə oturub harasa gedirdi, sürücüyə deyib ki, “Sən bilirsən kimin oğlunu aparırsan?”. Utanıb ölürdüm ki, niyə belə şöhrətpərəstdir”

526 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Dekabr
















30 Noyabr