Kıvanç yeni layihdə yer alacaq
Tərlan Nur Yaşar koronavirusa yoluxdu
Geyimləri ilə qırmızı xalçaya çıxdılar - foto
"Hülya Avşar Tatlısəsə dəli kimi aşiq idi..."

Facebook instagram Twitter Youtube
ULDUZ

Bəhram: “Mənim çəkdiyim filmdə heç vaxt açıq-saçıq səhnələr ola bilməz”

29-03-2017


"Planet parni iz Baku" “Bakılı oğlanlar” komandasının üzvü əməkdar artist Bəhram Bağırzadə  romantik janrda film çəkmək istədiyini deyib.

Muztv.az-a açıqlama verən aktyor sevgidən bəhs edən ekran əsəri ərsəyə gətirməyi düşünsə də, açıq-saçıq görüntülərə yol vermək fikrində olmadığını vurğulayıb:

“Hər zaman komediya janrlı filmlərdə oynamağıma baxmayaraq, rejissorluq etsəm ancaq sevgi, məhəbbət mövzusunda ekran əsərləri lentə alaram. Mən çəkdiyim film komediya, fantastika yox, yalnız romantika ola bilər. Çünki mənim daxilimdən o gəlir. 1966-cı ildə çəkilən “Мужчина и женщина” , 1971-ci ildə Arif Babayevin rol aldığı “Gün keçdi” kimi ekran əsərləri çəkmək istəyirəm”.

B.Bağırzadə ötən gün repçi Elşad Xose və rəqqasə Oksana Rəsulovanın baş rollarını canlandırdığı “Mələyin öpüşü” filminin treylerindəki öpüşmə səhnəsinə də münasibət bildirib:

"Axırıncı dəfə Elşad Xoseni 189 nömrəli orta məktəbdə görmüşəm.(gülür) Eyni məktəbdə oxumuşuq. Amma Elşadın çəkildiyi filmə baxmamışam. Ona görə heç nə deyə bilmərəm. Mənim çəkdiyim filmdə heç vaxt açıq-saçıq səhnələr ola bilməz. Mentalitetə görə yox, imana görə…Əgər sən rejissorsansa, həmin hissələri elə ver ki, açıq səhnələr olmasın”.

Aktyor çəkiliş zamanı heç bir rejissorla problem yaşamadığını və onun fikirlərinə hörmətlə yanaşdığını deyib:

“Özüm rejissoram və ona görə rejissoru başa düşürəm. Əgər rejissor 31 filmdə çəkilən Bəhram Bağırzadəni treylerə salmayıbsa, deməli, ona hörmət etmək lazımdır. O insan özünə elə hörmət edir, onun belə baxışı var, elə görür, salmayıb, düz də edir”.

B.Bağırzadə son zamanlar Azərbaycan istehsalı olan filmlərin çoxluq təşkil etməsindən də söz açıb:

“Nə qədər çox film çəkilsə, o qədər yaxşıdır. Film kiçik zavoddur, insanlar gəlib buradan evinə çörək aparır. Bununla da aktyorlarımız və digərləri dolanacaq. Zəif də olsa, çəkilsin. Vaxt gələcək aktyorlarımız da, rejissorlarımız da püxtələşəcək”.

Sevda

Fotolar:

Elkin Askerov
 





436 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti