Selena Qomez açıqlaması ilə gündəmə gəldi
Rita Oranın sərvəti açıqlandı 
Aktrisa paylaşımına görə tənqid olundu
Mənzurə qalmaqallı geyimindən danışdı - video

Facebook instagram Twitter Youtube
ULDUZ

 “Don Marleone” filminin treylerinin təqdimatı oldu

29-03-2017


Rejissor Elmar Bəhramın lentə aldığı “Don Marleone” filminin treylerinin təqdimat mərasimi keçirilib.

Muztv.az-ın məlumatına görə, döyüş janrında olan ekran əsəri məşhur “Xaç atası” filminə parodiya olduğu üçün komedik elementləri ilə də bənzədilir. “Don Marleone” naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir. 

Filmin rejissoru Elmar Bəhramov ekran əsərinin çəkilmə müddətindən danışıb:

“Ekran əsəri Amerika filmlərini xatırladır. Çünki filmdəki hadisələr digər çəkilən ekran əsərlərinə nisbətən fərqlidir. Düşünürəm, Azərbaycan üçün yenilikdir. “Don Marleone”nun izləyicilərə mesajı sona kimi haqq üzərində mübarizədir. Filmin büdcəsi haqqında heç nə deyə bilmərəm, çünki məhrəmdir. Amma ekran əsərini yanvarın əvvəlindən lentə almağa başladıq. Təxminən bütün proseslər iki ay yarım gedib. Montaj işləri hələ də davam edir. “Don Marleone” ilə bağlı yeni klip də təqdim olunacaq”.

Filmdə baş rolu “Best Model of the World 2007” yarışmasının qalibi Rüstəm Cəbrayılov canlandırıb. O, ifa etdiyi Xan obrazından danışıb:

“Film digər ekran əsərlərindən seçilir. Haqqın tərəfində olan, düzgünlüyə fitva verən kəndin ağsaqqalının oğlu rolunu canlandırıram. İlk dəfədir ki, Azərbaycan filmində yer alıram. Aktyorluq qabiliyyətim var, təhsilini də almışam”.

Filmdə "Planet parni iz Baku" “Bakılı oğlanlar” komandasının üzvü əməkdar artist Bəhram Bağırzadə də yer alıb:

“Özümü treylerdə görmədim, filmə də baxmamışam. Mən filmin rejissoru Elmar bəyə inanmışam. Ssenari çəkiliş meydanında verilib mənə. Orada sözlərimi əzbərləyib rolumu oynamışam. Rolum kiçikdir, 2 günə çəkilmişəm. Ali məhkəmənin binasında hakim obrazını canlandırmışam. Elmar digər cavan nəslin edə bilmədiklərini etdi. Ona afərin. Hazırda bir ssenari üzərində işləyirəm, əgər Elmar işbirliyinə razılıq versə, istəyərdim onunla bu filmi çəkim”.

Gənc aktyor Əlibəy Məmmədli də canlandırdığı obrazdan söz açıb:

“Filmdəki obrazımın adı Edqardır. Bakı kəndlərinin “lotu”su rolunu canlandırmışam. Ekran əsərinin izləyənlər həm güləcək, eyni zamanda da əylənəcək. Çox adam bu filmə baxıb film çəkməyə həvəslənəcək”.

Qeyd edək ki, Rəşad Süleymanoğlunun ssenarisi əsasında çəkilən filmin qalası aprelin 20-sində reallaşaçaq. “Don Marleone”da aktyorlar Sain Fərhad, Natavan Əfəndiyeva, Murad Abdullayev, Nofəl Şahmaloğlu, Ayşad Məmmədov, Azər Aydəmir və başqaları yer alıb. Bununla yanaşı ekran əsərində martın 21-i dünyasını dəyişən əməkdar artist Əsgər Rəhimovu da görəcəksiniz.

Sevda

Fotolar:

Elkin Askerov





































2029 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Dekabr


















30 Noyabr