Hollivud ulduzu uşaq fonduna ianə edib
Supermodel fəxri doktor olub - foto
Repçinin əri1 il azadlıqdan məhrum edilib
Aktrisa ilə müğənni ayrılıb

Facebook instagram Twitter Youtube
ULDUZ

Rəqsanənin qızı modelyer olmağa hazırlaşır

11-10-2012


    Populyar estrada müğənnisi Rəqsanə İsmayılovanın qızı Aysun Moskvada italyan dizaynerlərindən dərs almaq üçün kurslara yazılıb. Hazırda İstanbulda olan müğənni məlumatın doğru olduğunu təsdiqləyib. Sənətçinin sözlərinə görə, Aysun bir neçə aydan sonra diploma sahib olacaq və onun hazırladığı libaslardan fərqli moda nümayişi təşkil ediləcək. Xatırladaq ki, məşhur ifaçının qızı Bakıya oktyabrın sonlarında qayıdacaq.
    Meyxana ifaçıları Ehtiram və İntiqam Rüstəmov qardaşları Qazaxıstanda 15 ölkənin iştirakı ilə keçiriləcək layihəyə dəvət alıb. Bu barədə tədbirin təşkilatçısı Dastan Seytov məlumat verib.Layihədə Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Malayziya, İspaniya, Fransa, BƏƏ, İngiltərə, Qazaxıstan və Afrika ölkələrindən nüayəndələr iştirak edir. 
    Fatimə Fətəliyeva gələcək fəalliyəti ilə bağlı maraqlı açıqlama verib. O, bildirib ki, rəqs etməkdən imtina edə bilər. Buna baxmayaraq Fatimə öz məktəbini yaratmaq istədiyini də dilə gətirib. Qeyd edək ki, rəqqasə hazırda el şənlikləri üçün nəzərdə tutulan aksesuarların satışı ilə məşğuldur. O, gələcəkdə özünü “biznes lady” kimi görmək istəyir.
     Türkiyənin "Kral" telekanalı xalq artisti Aygün Kazımovanın yeni musiqili çarxını yayımlayıb. Bu çarx onun son aylar məşhur olan "İkinci sən" adlı mahnısının remiks variantı üçün hazırlanıb. Bu barədə sənətçinin "Facebook"dakı rəsmi fan səhifəsində yazılıb.

 

Xəyalə Əzizova

 

Muz-Tv.az
 

1232 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti