Hollivud ulduzu uşaq fonduna ianə edib
Supermodel fəxri doktor olub - foto
Repçinin əri1 il azadlıqdan məhrum edilib
Aktrisa ilə müğənni ayrılıb

Facebook instagram Twitter Youtube
ULDUZ

I Bakı Beynəlxalq İdman Filmləri festivalı başladı

10-10-2012


    I Bakı Beynəlxalq İdman Filmləri festivalının açılışı olub. Üç gün davam edəcək festival çərçivəsində 19 ölkədən 50 bədii və sənədli filmlər nümayiş olunacaq. “Nizami” Kino Mərkəzində reallaşan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edib. 
    Muz Tv-nin məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev gənclər və idman naziri Azad Rəhimova bildirib ki, mədəniyyət işçiləri hər zaman idmançılara dəstək olur və eyni addımı onlardan da gözləyir. Nazirin sözlərinə görə, elə bu əlaqənin daha da möhkəmlənməsi üçün ilk dəfə olaraq Azərbaycanda belə bir festival təşkil olunub. 
    Qeyd edək ki, münsiflər heyətində Bolqarıstan, Belarus, Rusiyanın məşhur simaları ilə yanaşı Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Cəmi Fərəcov da təmsil olunur. “idman ili” münasibəti ilə təşkil olunan festivalın 2 ildən bir keçirilməsi nəzərdə tutulur.

 

Aysər Həsənli 
Vüsal Babayev

 

Muz-Tv.az
 

1221 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti