ULDUZ
Natavan Həbibi dayanacaqda görüntüləndi
02-10-2012

Natavan Həbibi “Damlalar” mahnısına klip çəkdirib. Gecə yarısı çəkiliş meydançasına Muz Tv-ni dəvət edən müğənni məkan olaraq şəhər yollarını seçib. Komanda çəkilişə ilk olaraq dayanacaqdan başlayıb. Həbibi yeni ekran əsərini rejissor Natiq Zeynalova həvalə edib. Onun sözlərinə görə, bu onun ilk əl işi olub. Bir-birinin zövqünə güvənən cütlük klipin uğurlu və fərqli olacağına ümid etdiyini bildirib.
“Damlalar” mahnısı ərsəyə gələndə yağış yağsa da, görünür klip zamanı müğənninin bu istəyi həyata keçməyib. Elə bu səbəbdən də çəkiliş komandası süni yağışdan istifadə etməli olub.
Aytən Zöhbraqızı
Vüsal Həşimov
Muz-Tv.az
2264 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12
11